İrakli Xmaladze Vağzal meydanı yaxınlığındakı yanmış bazarda mövcud vəziyyətlə tanış olub
Tbilisi merin müavini İrakli Xmaladze vağzal meydanı yaxınlığında yanmış bazarda mövcud vəziyyətlə tanış olub.
İrakli Xmaladze yanğın nəticəsində dağılmış mağazalara baş çəkib və hadisə yerinə toplaşan ticarətçilərlə görüşüb.
Görüşdə qərara alınıb ki, hazırkı mərhələdə birinci prioritet vəzifə dağıdılmış tikililərin sökülməsi və ərazinin bərpa olunmasıdır, bunu da meriya təmin edəcək.
Bu gün Tbilisi meriyasında görüş təyin edilib, burada ticarətçilər zərərçəkənlərin sayı, dəymiş ziyanın təxmini miqdarı və digər detallar barədə merin müavininə məlumat verəcəklər.
İrakli Xmaladze dünən iki gün əvvəl vağzal meydanı yaxınlığındakı bazarda baş verən yanğından zərər çəkənlərlə görüşüb. Görüşdə merin müavini meriyanın xoş niyyət nümayiş etdirməyə və zərərçəkənlərə müəyyən formada yardım göstərməyə hazır olduğunu bildirib.
Məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayır.