İrakli Kadaqişvili - Salome Zurabişvili gürcü olimpiya iştirakçıları, gürcü idmanı tərəfindən qazanılmış uğurun siyasi müzakirə obyekti olmasına, ona kölgə salmağa çalışır
İrakli Kadaqişvili - Salome Zurabişvili gürcü olimpiya iştirakçıları, gürcü idmanı tərəfindən qazanılmış uğurun siyasi müzakirə obyekti olmasına, ona kölgə salmağa çalışır

 

Salome Zurabişvili gürcü olimpiya iştirakçıları, gürcü idmanı tərəfindən qazanılmış uğurun siyasi müzakirə obyekti olmasına, ona kölgə salmağa çalışır – bu haqda “Gürcü Arzusu”nun üzvü İrakli Kadaqişvili bildirib.

Onun izahına görə, bugünkü tədbirin məqsədi mükafatlandırma mərasimi keçirmək və təltif olunmuş insanlara orden vermək deyil.

“Bugünkü tədbir olimpiya iştirakçılarımızla görüşü, onların təntənəli qarşılanmasını, uğurun qeyd olunmasını nəzərdə tutur. Birbaşa mükafatlandırma sərəncamına gəlincə, mükafatın təhvil verilməsi proseduru – bu başqa məsələdir. Bundan irəli gələrək, Salome Zurabişvili bir daha gürcü olimpiya iştirakçıları, ümumiyyətlə gürcü idmanı tərəfindən qazanılmış uğura müəyyən qarşıdurma daxil etməklə bunun siyasi müzakirə obyekti olmasına və ona bir növ kölgə salmağa çalışır” – İrakli Kadaqişvili bildirib.

O deyib ki, idmançılarla bugünkü görüş onların qələbə və nailiyyətlərini ictimaiyyətlə bölüşməkdir.

“Mükafatlandırma və mükafat vermə mərasimi fərqli məsələlərdir” – deyə İrakli Kadaqişvili bildirib.

Gürcüstanın Prezidenti Salome Zurabişvili gürcü olimpiya iştirakçıları ilə bağlı bugünkü tədbirə münasibət bildirib. Onun sözlərinə görə, olimpiya iştirakçılarını bu qədər tez mükafatlandırmaq olmaz, çünki olimpiya iştirakçılarının uğurlarını hamı birlikdə qeyd etməlidir və ümumxalq şənliyi təşkil etməyi planlaşdırır. Eyni zamanda, Salome Zurabişvilinin sözlərinə əsasən, sentyabrın 8-dək davam edəcək Paralimpiya başlayır, müvafiq olaraq, hamının qəbulu birlikdə keçiriləcək.