“Milli Hərəkat” tərəfindən səs ovu başlayıb-bu haqda parlament çoxluğunun üzvü İrakli Kadaqişvili deyib.
“Mixeil Saakaşvili məsələsini bəzən vaxtaşırı unudurlar və sonra yada salırlar. İndi seçkilər gəlir və əlbətdə Saakaşvilinin şəxsi səs resursları var. Bu aktivlik bu səsləri əldə etmək üçün edilir. Əlbətdə, sonda Mixeil Saakaşvili qruplardan birini seçməli olacaq. Yəqin ki, böyük ehtimalla o, diqqətini 5 nömrə ilə çıxacaq köhnə “Milli Hərəkat”a yönəldəcək” – İrakli Kadaqişvili qeyd edib.