İrakli Kadaqişvili - Avropa ABŞ-la münasibətlərində müdafiə rejiminə keçməli və etiraf etməli oldu ki, başqa ölkələrin işlərinə qarışmaq nə demokratiya, nə dostluq, nə də tərəfdaşlıqdır
ABŞ və Avropa arasında dünyagörüşü böhranı var, – bu barədə parlamentin özünüidarətmə komitəsinin sədri İrakli Kadaqişvili bildirib.
Onun dediyinə görə, Avropa başqalarının işinə qarışmağın yaxşı hal olmadığını xatırlayıb.
“Taleyin ironiyasıdır ki, son illər ərzində bizə etdiklərini edərək, bu gün onlar da müdafiə rejiminə keçib, başqa ölkələrin işlərinə qarışmağın nə demokratiya, nə dostluq, nə də tərəfdaşlıq olduğunu etiraf etmək məcburiyyətində qalıblar. Biz deyəndə ki, bizim demokratiyamızın işinə qanunsuz müdaxilə qəbul edilə bilməz, qarşısımıza səssiz divar çıxırdı. Bütün bunları tarix hər kəsə açıq-aşkar göstərdi, o cümlədən o Avropalılara da, kimlər ki, Gürcüstanla bağlı belə addımları çəkinmədən atırdılar”, – İrakli Kadaqişvili bildirib.