İrakli Kadaqişvili – ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya tətbiq edilmiş təşkilatın Gürcüstanla heç bir əlaqəsi yoxdur və bu təşkilat Gürcüstanda fəaliyyət göstərmək üçün icazə almayıb

18:51, 09.08.2026

Bilirik ki, ABŞ İranla birbaşa və ya dolayısı ilə mümkün qədər əlaqəli olan hər şeyi sanksiyalar və nəzarət altına almağa maksimum dərəcədə çalışır, lakin Gürcüstan Milli Bankının bəyanatından məlum olduğu kimi, sanksiya tətbiq edilmiş təşkilat heç vaxt müvafiq lisenziyalaşmadan keçməyib və Gürcüstanda fəaliyyət göstərmək hüququ əldə etməyib, – bu barədə Parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadaqişvili bildirib.

Onun sözlərinə görə, sözügedən şirkət Gürcüstan Milli Bankı vasitəsilə və ya Gürcüstan üzərindən heç bir tranzaksiya həyata keçirməyib.

“O da məlum olur ki, bu təşkilat artıq kifayət qədər uzun müddətdir ki, ümumiyyətlə ictimai reyestrdə də tapılmır, ləğv edilib. Ümumiyyətlə, bir şey var ki, həm Milli Bank, həm də bütövlükdə Gürcüstan sanksiyalar, çirkli pulların yuyulması, terrorizm və bu kimi digər məsələlərlə bağlı ən yüksək qiymətləndirmələrdən birini almış dövlətdir. Bu baxımdan, sanksiya tətbiq edilmiş həmin təşkilat Gürcüstan üçün hər hansı birbaşa bağlılıq və ya əlaqə təşkil etmir”, – deyə Kadaqişvili bildirib.

Gürcüstan Milli Bankı bəyanat yayaraq bildirib: “ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi tərəfindən sanksiya tətbiq edilmiş şəxs Gürcüstan Milli Bankı tərəfindən tənzimlənən subyekt deyil”.

Oxşar