İrakli Ğaribaşvilinin Qazaxıstana səfəri başlayıb
İrakli Ğaribaşvilinin Qazaxıstana səfəri başlayıb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Qazaxıstan Respublikasına səfəri başlayıb.

Gürcüstanın baş nazirinin mətbuat xidməti tərəfindən verilən məlumatda, Nur-Sultanın Nur-Sultan Nazarbayev adına beynəlxalq hava limanında baş nazirin qarşılanma mərasiminin keçirildiyi deyilir.

Qazaxıstan Respublikasının vitse baş naziri, ticarət və inteqrasiya naziri Baxit Sultanov və Gürcüstanın Qazaxıstan Respublikasındakı müvəqqəti nümayəndəsi Qiorqi Çxeidze hökumət başçısını qarşılayıblar.

Baş nazir İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Qazaxıstan Respublikasındadır.