İrakli Ğaribaşvili siyasətdən getdi. O, bu barədə “Gürcü Arzusu” partiyasının ofisində keçirilən brifinqdə bildirib.
İrakli Ğaribaşvili 2024-cü ilin fevralın 1-də “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri seçilib.
İrakli Ğaribaşvili iki dəfə – 2013-cü ilin noyabrın 20-dən 2015-ci ilin dekabrın 30-dək, ikinci dəfə isə 2021-ci ilin fevralın 22-dən 2024-cü ilin yanvarın 29-dək Gürcüstanın baş naziri olub.