İrakli Ğaribaşvili - seçki günü heç kimin xaos yaratmasına icazə verməyəcəyik, seçkiləri dinc şəkildə keçirməliyik
İrakli Ğaribaşvili - seçki günü heç kimin xaos yaratmasına icazə verməyəcəyik, seçkiləri dinc şəkildə keçirməliyik

 
 

Seçki günü heç kimin xaos yaratmasına icazə verməyəcəyik, seçkiləri dinc şəkildə keçirməliyik-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistlərə bildirib.

İrakli Ğaribaşvilinin da qeyd etdiyi kimi, dövlət və hökumət seçkilərin sakit, rəqabətçil şəraitdə keçirilməsini təmin edir.

“ İlk əvvəl bunu dəqiqləşdirək ki, müxalifət tərəfindən təzyiq artıb. Dövlət və hökumət seçkilərin sakit, rəqabətçil mühitdə keçirilməsini təmin edir. Dünən dedim və bir daha beynəlxalq tərəfdaşlarımızın da eşitməsi üçün demək istəyirəm ki, əsas ambisiyamız, təbii ki, qarşıdan gələn yerli seçkilərin nümunəvi seçkilər olmasıdır .

Bu müstəqil, ədalətli, şəffaf olmalıdır ki, heç kimdə heç bir sual qalmasın və əlbəttə ki, seçki gününü müdafiə edəcəyik, polis tam şəkildə səfərbər olunub ki, heç artıq hərəkət, heç bir təxribat baş verməsin. Əlbəttə ki, fərqli məntəqələrdə müəyyən təxribatların gözlənildiyinə dair dəfələrlə bəyanat yaymışıq, lakin təbii ki, tam səfərbərik elan edirik, polis maksimal şəkildə səfərbər olacaq və istənilən təxribatın qarşısını alacağıq ki, heç kim seçki günündə xaosa yol verməsin. Seçkiləri dinc mühitdə keçirməliyik. Tərəfdarlarımızı, hər kəsi bu təxribatlara sakit bir şəkildə cavab verməyə və səsvermə gününü dinc şəkildə bitirməyə çağırıram” -deyə Ğaribaşvili bildirir.