İrakli Ğaribaşvili - Kezeraşvili tərəfindən maliyyələşdirilən müxalifət partiyalarının hələ də hakimiyyətə gəlmək iddiaları ilə çıxış etməsi narahatedicidir
İrakli Ğaribaşvili - Kezeraşvili tərəfindən maliyyələşdirilən müxalifət partiyalarının hələ də hakimiyyətə gəlmək iddiaları ilə çıxış etməsi narahatedicidir

 

Kezeraşvili və onun fırıldaqçılardan ibarət dəstəsinin Avropanın hər yerindən pensionerləri soyduğuna, bir milyard avro oğurladığına şahid oldunuz, qeyri-ciddi insanlar belə böyük qalmaqalı ört-basdır etməyə çalışırlar -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili jurnalistlərə açıqlayıb.

İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, Kezeraşvili bu faktın açıqlanmasından bir neçə həftə əvvəl ortaya çıxaraq faktiki olaraq oliqarx olduğunu və bütün müxalifəti maliyyələşdirdiyini təsdiqləyib.

“Biz onsuz da müflis olmuş, əli boş qalmış müxalifət tərəfindən “BBC”nin üstünü açdığı böyük, dünya səviyyəli qalmaqalın, beynəlxalq miqyaslı fırıldaqçılıq sxeminin ört-basdır edilməsi üçün zəif cəhdə şahid oluruq. Kezeraşvili tərəfindən törədilmiş beynəlxalq cinayəti, milyardlarla dolların oğurlandığı dırnaq arası zəng mərkəzi sxeminin qurulmasını nəzərdə tuturam. Biz bunu deyirdik və “BBC”nin təhqiqatı nəticəsində təsdiqini tapdı. Kezeraşvili və onun fırıldaqçılardan ibarət dəstəsinin Avropanın hər yerindən pensionerləri soyduğuna şahid oldunuz. Bu qeyri-ciddi adamlar bax belə böyük bir qalmaqalı ört-basdır etməyə çalışırlar. Kezeraşvilinin bu faktın açıqlanmasından bir neçə həftə əvvəl ortaya çıxaraq faktiki olaraq oliqarx olduğunu və bütün müxalifəti maliyyələşdirdiyini təsdiqlədiyini bilirsiniz.

Bu insan ortaya çıxaraq, etiraf etdi ki, “mən hamını maliyyələşdirirəm və maliyyələşdirəcəyəm”. Əsas mövzu odur ki, ictimaiyyət cavabı, izahatı eşidə bilmədi, bu, mən deyərdim ki, əsrin soyğunu Kezeraşvili tərəfindən törədilib və onun maliyyələşdirdiyi müxalifət partiyaları isə hakimiyyətə gəlmək iddiaları ilə çıxış edirlər. Bu narahatedicidir. Siz bununla bağlı sual verməlisiniz və xalqımız cavab almalıdır. Avropanın istintaq xidmətlərinin bu işi sona qədər aparacağına inanıram. Son iki ildə Almaniya istintaqı ilə aktiv əməkdaşlıq etdiyimizi, birlikdə çoxlu faktların üstünü açdığımızı bilirsiniz və sonda bu reallıq üzə çıxdı”-deyə Ğaribaşvili açıqlayıb.