İrakli Ğaribaşvili - Hakim partiya bu gün yeni ofisinin açılışını edir və eyni zamanda “Gürcü Arzusu”nun güclü qələbəsi ilə başa çatacaq seçki öncəsi kampaniyaya rəsmən başlayır
Hakim partiya bu gün yeni ofisinin açılışını edir və eyni zamanda bizim müdrik, məğrur və ləyaqətli gürcü xalqının iradəsi ilə 2024-cü ilin oktyabrın 26-da “Gürcü Arzusu”nun güclü qələbəsi ilə başa çatacaq seçki öncəsi kampaniyaya rəsmən başlayır-bu haqda “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili “Gürcü Arzusu”nun seçki kampaniyasının və yeni mərkəzi ofisinin rəsmi açılışında çıxışı zamanı deyib.
Ğaribaşvilinin qeyd etdiyi kimi, bu gün seçki öncəsi kampaniyanın açılışında ölkəmizin ən yeni tarixində həlledici rol və tarixi missiyanı yerinə yetirən şəxsin onların yanında olması rəmzidir.
“Xanımlar və cənablar, əziz dostlar, mən buraya toplaşan hörmətli ictimaiyyəti, hökumət başçısını, parlamentin sədrini, şəhərin merini, hökumət və parlament üzvlərini, komandamızın hər bir üzvünü, partiyamızın mübarizə yoldaşlarını, dəvət olunmuş qonaqları salamlayıram. Hər birimiz üçün nümunəvi və mübariz insan, şərəfli gürcü, fədakar vətənpərvər, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu cənab Bidzina İvanişvilini xüsusi ehtiramla salamlayıram.
Bildiyiniz kimi, biz bu gün şərəfli bir səbəbdən buraya toplaşmışıq və bugünkü tədbiri açıq elan etmək “Gürcü Arzusu”nun sədri kimi mənim üçün böyük şərəfdir. Hakim partiya bu gün yeni ofisinin açılışını edir və eyni zamanda bizim müdrik, məğrur və ləyaqətli gürcü xalqının iradəsi ilə 2024-cü ilin oktyabrın 26-da “Gürcü Arzusu”nun güclü qələbəsi ilə başa çatacaq seçki öncəsi kampaniyaya rəsmən başlayır” – deyə İrakli Ğaribaşvili bildirib.