İrakli Çikovani Ukraynanın Müdafiə Əlaqə Qrupunun görüşündə iştirak edib
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ukraynanın Müdafiə Əlaqə Qrupunun 24-cü görüşünün keçirildiyi Almaniya Federativ Respublikasında səfərdə idi. Bu barədə Müdafiə Nazirliyi məlumat yayır.
Agentliyin məlumatına görə, Ramşteyn aviabazasında görüşün iştirakçıları Ukraynadakı mövcud vəziyyəti və Ukrayna üçün koordinasiyalı hərbi yardımın göstərilməsinin zəruriliyini müzakirə ediblər.
Məlumat üçün bildirək ki, Ukraynanın Müdafiə Əlaqə Qrupu 2022-ci ilin aprelində Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə yaradılıb və Ukraynanı dəstəkləyən 50-dən çox ölkəni birləşdirir.