İrakli Çikovani İkinci Dünya müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib

15:02, 09.05.2025

Gürcüstanın müdafiə naziri İrakli Çikovani İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib.

İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə əlaqədar Müdafiə naziri ilə birlikdə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, Baş nazir İrakli Kobaxidze, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Tbilisi şəhərinin meri Kaxa Kaladze, o cümlədən qanunvericilik və icraedici hakimiyyət orqanlarının nümayəndələri Veteranların mədəniyyət və istirahət parkında müharibədə həlak olanların xatirəsini ehtiramla yad edib, Meliton Kantarianın büstünü çiçəklərlə bəzəyiblər.

Gürcüstan Müdafiə Qüvvələrinin komandiri, general-mayor Qiorqi Matiaşvili və hərbi qulluqçular Veteranlar Mədəniyyət və İstirahət Parkında olublar.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar