İrakli Çikovani Axalkalakidə ilkin döyüş hazırlığı mərkəzində olub
İrakli Çikovani Axalkalakidə ilkin döyüş hazırlığı mərkəzində olub

 
Gürcüstanın müdafiə naziri Axalkalakidə baş serjant Zaza Peradze adına ilkin döyüş hazırlığı mərkəzində olub. İrakli Çikovani Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili ilə birlikdə hərbi xidmətə yeni çağırılmış sıravi əsgərlərin təlim yüzlüyünün təlim prosesində iştirak edib.

Müqaviləli hərbi xidmətə daxil olan hərbçilər ilkin döyüş hazırlığı proqramı çərçivəsində taktiki yerdəyişmə, atəş hazırlığı, topoqrafiya və digər sahələr üzrə təlim keçirlər.

Müdafiə Nazirliyinin rəhbəri ilkin döyüş hazırlığı mərkəzinin məlumat brifinqini dinləyib, bölmənin imkanları ilə tanış olub, bazanın infrastrukturuna baxış keçirib. Nazir şəxsi tərkiblə söhbət edib və bölmənin inkişafı ilə bağlı gələcək planları müzakirə edib.

Axalkalaki hərbi hissəsində İrakli Çikovani onlara uyğunlaşdırılmış proqram çərçivəsində müxtəlif hərbi sahə üzrə təhsil alan “Ordu düşərgəsi”nin şagirdləri ilə də görüşüb. Bu gün “Ordu düşərgəsi”nin şagirdlərinə ilkin tibbi yardım və mühəndislik hazırlığı üzrə təlim keçirilib. Müdafiə naziri bu gün “Ordu düşərgəsi”nin uşaqları ilə nahar edib və düşərgədə aldıqları təəssüratları şəxsən onlardan dinləyib.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.