Gürcüstanın NATO-dakı nümayəndəsi İrakli Beraia NATO-nun baş katibi Mark Rutte ilə görüşüb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, Gürcüstan nümayəndəsi alyansın baş katibinə etimadnamələrini təqdim edib.
“Görüşdə tərəflər NATO-Gürcüstan əməkdaşlığını müzakirə ediblər.
Gürcüstan nümayəndəsi Gürcüstanın regional təhlükəsizlikdəki rolunun vacibliyini vurğulayıb və Baş katibə Alyansın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür edib.
Mark Rutte İrakli Beraianı nümayəndə vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb”, – deyə nazirliyin məlumatında qeyd olunur.