İraqın Kuti şəhərində ticarət mərkəzində baş vermiş yanğında azı 61 nəfər həlak olub
İraqın Kuti şəhərində ticarət mərkəzində baş vermiş yanğında azı 61 nəfər həlak olub

İraqın Kuti şəhərindəki ticarət mərkəzində baş vermiş yanğında ən azı 61 nəfər həlak olub.

Mediyanın məlumatına görə, həlak olanlar arasında beş nəfər eyni ailənin üzvüdür.

Sosial şəbəkədə yayılan görüntülərdə xilasetmə işçilərinin binanın damında olan vətəndaşları xilas etməyə çalışdığı görünür.

Bir neçə nəfərin itkin düşdüyü hesab edilir. Yanğın hazırda lokallaşdırılıb.

Ticarət mərkəzi beş gün əvvəl istifadəyə verilib.