İraqdakı iğtişaşlar fonunda Avropa İttifaqı bütün tərəfləri təmkinli olmağa və sakit qalmağa çağırır
İraqdakı iğtişaşlar fonunda Avropa İttifaqı bütün tərəfləri təmkinli olmağa və sakit qalmağa çağırır.
Bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin yaydığı bəyanatda deyilir.
“Aİ bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və sakitliyi qorumağa çağırır. Bütün aktorların zorakılığa səbəb ola biləcək istənilən hərəkətdən çəkinməsi həyati əhəmiyyətə malikdir. Biz bir daha bildiririk ki, bütün qanunlara hörmət edilməli və qurumların bütövlüyü qorunmalıdır. Bütün tərəflər gərginliyin azaldılması üçün çalışmalı və fikir ayrılıqlarını həll etməyin yeganə yolu olan Konstitusiya çərçivəsində siyasi dialoqa qoşulmalıdır. Avropa İttifaqı İraqın təhlükəsizliyi, sabitliyi və suverenliyinə sarsılmaz dəstəyini təsdiqləyir” -deyə bəyanatda deyilir.