Iqtidar nümayəndələri öz seçimlərini etdilər (video)

Hər üç bülletində müxtəlif seçki subyektini seçdiyini Gürcüstan prezidenti Mtatsmindanın birinci seçki məntəqəsində səs verərkən bəyan etdi. Prezident öz seçimini səhərdən etdi və hər bir vətəndaşı fəal olmağa çağırdı.

Saburtalonun 24-cü seçki məntəqəsinə ailəsi ilə bərabər, Gürcüstanın baş naziri getdi. Giorgi Kvirikaşvili öz seçimini qeyd edən zaman bəyan etdi ki, paytaxtın gələcək inkişafında əmindir və səsini daha yaxşı Tbilisiyə verdi.

Öz uşaqları ilə birlikə Vake-nin 53-cü seçki məntəqəsinə parlamentin sədri İrakli Kobaxidze getdi. Səs verdikdən sonra, İrakli Kobaxidze bəyan etdi ki, səsini o namizədə verdi, hansı ki, onun fikri ilə, Tbilisinin inkişafını tam başqa səviyyəyə çıxardacaq.

Seçki məntəqəsinə həyat yoldaşı ilə bərabər paytaxtın hazırki meri də getdi. Davit Narmania səs verdikdən sonra, onun idarəçilik dövründə mövcud olan çağırışlar və həyata keçirilən layihələr haqqında danışdı və bəyan etdi ki, səsini elə namizədə verəcək, hansı ki onun başladığı layihələri davam etdirə biləcək.

Öz uşaqları ilə birlikdə  seçkilərə Müdafiyə naziri də getdi. Levan İzoria öz seçimini Vakenin ikinci seçki məntəqəsində etdi. Müdafiyə naziri bəyan etdi ki, səsini daha yaxşı gələcəyə verdi.

Səhiyyə Naziri  öz seçimini Saburtalonun 7-ci seçki məntəqəsində etdi.  Davit Sergeenko bəyan etdi ki, o səsini inkişafa doğru gedən şəhərə verdi.

Daxili İşlər Naziri Giorgi Mğebrişvili öz seçimini Didubenin 26-cı seçki məntəqəsində etdi. Nazir seçkilərə atası ilə bərabər getdi. Səs verdikdən sonra, Mğebrişvili bəyan etdi ki, hər bir Gürcüstan vəətndaşının seçiminə hörmət edir  və onun idarəsi, maksimal şəkildə, hər bir səsi qorumağa çalışacaq.

Nadzaladevinin 4 seçki məntəqəsində öz seçimini vitse-premyer və maliyyə naziri Dmitri Kumsişvili də etdi. Dmitri Kumsişvili  seçki məntəqəsinə uşağı ilə bərabər getdi və bəyan etdi ki, səsini ölkənin inkişafına verdi.