İohannes Han – Ukraynaya yeni makromaliyyə yardım paketinin 2023-cü ilin yanvarına qədər çatdırılmasını texniki cəhətdən mümkün etmək üçün Aİ qanunvericilikdə dəyişikliklərə ehtiyac duyur
Ukraynaya yeni makromaliyyə yardımının, 18 milyardlıq paketin 2023-cü ilin yanvarına qədər çatdırılmasını texniki cəhətdən mümkün etmək üçün Aİ qanunvericilikdə dəyişikliklərə ehtiyac duyur-bu barədə
Avropa komissarı İohannes Han bildirib.
Makromaliyyə yardımı mərhələli şəkildə Ukraynaya veriləcək güzəştli kreditlər şəklində ayrılacaq . Maliyyələşdirmə qısa müddətli perspektivdə Ukraynanın yenidən qurulması və institutların gücləndirilməsi üçün istifadə olunacaq.
“İlk vəsaitin artıq yanvarda köçürülməsi üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Bu səbəbdən, mən sizi bu qərarları sürətlə qəbul etməyə çağırıram. Maliyyə nazirlərinin və Avropa Parlamentinin görüşündə dinlədiyimiz reaksiyalar böyük dəstək gördüyümüzü sübut edir. Əminəm ki, hələ də mövcud olan şübhələri aradan qaldırmaq olar” – deyə Han açıqlayıb.