İnsan Haqları üzrə Regional Mərkəz - Rusiya Ukraynadan qaçırılmış uşaqları Şimali Koreyadakı zərərli və zorakı düşərgəyə göndərir
İnsan Haqları üzrə Regional Mərkəz - Rusiya Ukraynadan qaçırılmış uşaqları Şimali Koreyadakı zərərli və zorakı düşərgəyə göndərir

Rusiya Ukraynadan qaçırılmış uşaqları Şimali Koreyadakı “zərərli və zorakı” düşərgəyə göndərir, – bu barədə Kiyevdə yerləşən “İnsan Haqları üzrə Regional Mərkəzi” məlumat yayır.

Təşkilatın bildirdiyinə görə, ukraynalı uşaqların Şimali Koreya düşərgəsinə göndərilməsinin bir neçə halı təsdiqlənib.

“Hazırda bizim təsdiqlənmiş bir neçə halımız var ki, bunlar ukraynalı uşaqların işğal olunmuş ərazilərdən Şimali Koreyaya aparılması ilə bağlıdır. Həmçinin, işğal olunmuş Luqansk regionundan olan digər uşaqlar da qeyd olunur ki, onlar düşərgəyə göndərilmək üçün seçim müsabiqəsində iştirak ediblər”, – mərkəzin hüquq eksperti Katerina Raşevska yazır.