İnfrastruktur naziri Revaz Soxadze Ermənistan Respublikasının səfiri ilə görüşüb
Gürcüstanın infrastruktur naziri Revaz Soxadze Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyanla tanışlıq xarakterli görüş keçirib. Bu barədə İnfrastruktur Nazirliyi məlumat yayır.
Nazirliyin məlumatına əsasən, tərəflər görüşdə iki dost ölkə arasında çoxillik və tarixən mövcud olan tərəfdaşlığın əhəmiyyətini qeyd ediblər, ikitərəfli əməkdaşlığın cari məsələləri və gələcək planları müzakirə ediblər.
“Revaz Soxadze səfirə fəal dəstəyə və iştirakına görə təşəkkür edib. Öz növbəsində Aşot Smbatyan naziri vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş çərçivəsində tərəflər bir daha ortaq maraqlara xidmət edən layihələrin həyata keçirilməsində mövcud olan yaxşı təcrübəni və əlaqələri gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər. İnfrastruktur Nazirliyində keçirilən görüşdə nazir müavini Mzia Qiorqobiani və nazirin aparat rəhbəri Sopio Mamaladze iştirak edirdi”, – İnfrastruktur Nazirliyinin yaydığı məlumatda deyilib.