İndoneziyanın Yava adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 160-ı keçib, yüzlərlə insan xəsarət alıb

22:12, 21.11.2022

 
İndoneziyanın Yava adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 160-ı ötüb, yüzlərlə insan xəsarət alıb. “BBC” bölgə qubernatoruna istinadən müvafiq məlumat yayır.

ABŞ-ın Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin maqnitudası 5.6 olub, episentri 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar altında axtarış-xilasetmə işləri hələ də davam edir.

Zəlzələnin təkanlarının episentrinin olduğu rayon əhalinin sıx məskunlaşdığı və sürüşməyə meyilli zonadır.

Təbii fəlakət səbəbindən 13 mindən çox insan evlərini tərk etməyə çağırılıb. 2200-dən çox evə ziyan dəyib.

Yeraltı təkanlar 100 kilometr uzaqlıqdakı paytaxt Cakartada da hiss olunub.

Oxşar