İndoneziyanın paytaxtında, məsciddə partlayış baş verib, ən azı 55 nəfər yaralanıb, hadisə ilə əlaqədar 17 yaşlı şagird şübhəli bilinib
İndoneziyanın paytaxtında, məsciddə partlayış baş verib, ən azı 55 nəfər yaralanıb, hadisə ilə əlaqədar 17 yaşlı şagird şübhəli bilinib

İndoneziyanın paytaxtı Cakartada, məktəb binası kompleksində yerləşən məsciddə namaz vaxtı partlayış baş verib, ən azı 55 nəfər yaralanıb. Bu barədə “BBC” yazır.

Hadisə yerli vaxtla saat 12:15-də baş verib. Polisin məlumatına görə, yaralanan şəxslər ağır və orta dərəcəli bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Rəsmi şəxslərin jurnalistlərə verdiyi açıqlamaya görə, şübhəli 17 yaşlı şagirddir, o, hadisə nəticəsində yaralanıb və hazırda əməliyyat olunur.

Bununla yanaşı, məktəb şagirdlərindən biri “BBC”yə müsahibəsində bildirib ki, tez-tez “zorakılığa” məruz qalan şagird məktəbə əllə düzəldilmiş bomba gətirib.