İndoneziyanın lideri ABŞ-ı Qəzzadakı qəddarlıqlara son qoymaq üçün daha çox iş görməyə çağırıb
İndoneziyanın lideri ABŞ-ı Qəzzadakı qəddarlıqlara son qoymaq üçün daha çox iş görməyə çağırıb

 
İndoneziyanın Prezidenti Coko Vidodo amerikalı həmkarı Co Baydeni münaqişədə atəşkəs məqsədilə əlavə addımlar atmağa çağırıb.

“İndoneziya Birləşmiş Ştatlara Qəzzadakı qəddarlıqları dayandırmaq üçün daha çox işlər görməyə dair müraciət edib”deyə Coko Vidodo Ağ Evdəki danışıqlardan sonra açıqlayıb.

İndoneziya Prezidentinin dediyi kimi, atəşkəs bəşəriyyət üçün lazımdır.

Vidodo ABŞ Prezidenti ilə görüşdən əvvəl Baydenə Fələstin Prezidenti Mahmud Abbasdan konkret mesaj çatdıracağını qeyd edib.