İndoneziyada zəlzələ nəticəsində həlak olanların sayı 47-yə yüksəlib

18:54, 15.08.2026

İndoneziyada, Flores adasında baş verən zəlzələ nəticəsində həlak olanların sayı 47-yə yüksəlib.

Ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, təxminən 50 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Zəlzələ nəticəsində 157 yaşayış evinə və beş hava limanına ciddi ziyan dəyib.

Bununla yanaşı, İndoneziyanın Sumatra adasında 6.9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri adanın şimal hissəsində, Pematanqsiantar şəhərindən yeddi kilometr məsafədə yerləşib.

Hazırda xilasetmə əməliyyatları davam edir.

Oxşar