İndoneziyada torpaq sürüşməsi nəticəsində yeddi nəfər həlak olub, 82 nəfər isə itkin düşmüş hesab edilir
İndoneziyanın Yava əyalətində torpaq sürüşməsi nəticəsində yeddi nəfər həlak olub, 82 nəfər isə itkin düşmüş hesab edilir. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
İndoneziyanın Fəlakətlərin Azaldılması Agentliyinin bildirdiyinə görə, təbii fəlakət bölgədə bir neçə gün ərzində yağan güclü və bol yağıntı nəticəsində baş verib.
Sürüşmə qərbi Bandunq bölgəsində yerləşən kənddə baş verib.
Bununla yanaşı, İndoneziyanın Meteorologiya Agentliyi əhalini ekstremal hava şəraiti barədə xəbərdar edib. Onların məlumatına görə, güclü yağış adada növbəti günlər ərzində də davam edəcək.