İndoneziyada meşə yanğını ilə mübarizə aparırlar

15:25, 09.08.2026

İndoneziyada meşə yanğını ilə mübarizə aparırlar. Ölkə hakimiyyətinin bildirdiyinə görə, Şərqi Yavada yerləşən Bromo dağındakı milli park bütün turistik fəaliyyətlər üçün bağlanıb. Medianın məlumatına görə, yanğın populyar turist məkanı olan aktiv vulkan — Bromo dağında təxminən 176 hektar meşə sahəsini məhv edib.

“Bu bağlanma ziyarətçilərin, heyətin və ətraf ərazilərdəki insanların təhlükəsizliyini təmin etmək üçün həlledici bir addımdır”, – Milli parkın bəyanatında deyilib.

Bununla yanaşı, Şərqi Yavanın Fəlakətlərin Nəticələrinin Azaldılması Agentliyi bildirib ki, hakimiyyət yanğını söndürmək üçün su bombası atan helikopterlərdən və dronlardan istifadə edir.

İtki barədə hələlik məlumat yayılmır.

Oxşar