İndoneziyada, göyərtəsində 189 insanın olduğu sərnişin təyyarəsi qəzaya uğradı
İndoneziyada, göyərtəsində 189 insanın olduğu sərnişin təyyarəsi qəzaya uğradı

“Lion Air” İndoneziya aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradı. İndoneziya xilasedici agentliyinin məlumatına görə, “Boeing 737” növlü təyyarə daxili reysi yerinə yetirirdi.

İndoneziya Nəqliyyat Nazirliyində bəyan edirlər ki, təyyarənin göyərtəsində, ekipaj üzvləri ilə birlikdə, 189 insan var idi.

Yayılan məlumata görə, təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra dənizə düşdü. Qəza zamanı təyyarə təxminən 1 100 metr hündürlükdə idi.

İndoneziyan hakimiyyəti dənizdə axtarış-xilasedici əməliyyatına başladı.