İndoneziyada baş verən zəlzələ nəticəsində həlak olanların sayı 1400-ü aşdı

İndoneziyanın Sulaveri adasında baş verən güclü zəlzələ zamanı yaranan Tsunami nəticəsində həlak olanların sayı 1400-ü aşdı.

Fövqəladə Hallar Xidmətinin əməkdaşları və həvəskarlar altı mərtəbəli binanın dağıntıları arasında sağ qalanları xilas etməyə çalışırlar.

Sağ qalanları tapmaq üçün xilas edicilər akustik detektorlardan istifadə edirlər.

7.5 maqnitudalı zəlzələ İndoneziyada sentyabrın 28-də baş verdi.

Təbii fəlakət ən çox zərəri Palu şəhərinə verdi.