İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib, azı 20 nəfər həlak olub

11:26, 15.08.2026

İndoneziyada güclü zəlzələ baş verib, ən azı 20 nəfər həyatını itirib. Bu barədə məlumatı „Reuters“ agentliyi yayır.

Medianın məlumatına görə, yerli vaxtla saat 06:00-da 7,7 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində Flores adasında hökumət və yaşayış binaları, həmçinin məktəblər zədələnib. Regionların birindən 2 000-dən çox insan təxliyə edilib.

Zəlzələdən sonra yerli hakimiyyət orqanları sunami xəbərdarlığı ediblər, lakin bir neçə saata ləğv ediblər. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.

Oxşar