İndiki və keçmiş ictimai qulluqçular etiraz aksiyası keçiriblər. Müxtəlif qurumun indiki və keçmiş əməkdaşları hökumətin 28 noyabr tarixli qərarını Avropaya inteqrasiya prosesinin dayandırılması və konstitusiyanın pozulması kimi qiymətləndirirlər. Professor- müəllimlərin və tələbələrin bir hissəsi də aksiya iştirakçılarına qoşulub. Respublika meydanına toplaşanlar daha sonra yürüşlə Rustaveli prospektində davam edən aksiyaya keçiblər.