“İmedi”nin məlumatına əsasən, Tsğaltuboda müxalifət fəalı “Gürcü Arzusu”nun üzvü Ermile Qiqiadzeni ağır sözlərlə təhqir edib, bundan sonra da Qiqiadze yerindəcə dünyasını dəyişib
Tsğaltuboda Qequti kəndinin mikro-qərargahında qapı-qapı prinsipi ilə görüşün gedişatı zamanı müxalifət fəalı Roland Nutsubidze “Gürcü Arzusu”nun üzvlərinin yanına gedib və onları ağır sözlərlə təhqir edib. Məlumatı “İmedi” teleşirkəti yayır.
Onların verdiyi məlumata əsasən, qarşılıqlı mübahisə zamanı Nutsubidze hakim partiyanın üzvü Ermile Qiqiadzeyə bir neçə dəfə söyüş söyüb.
“İmedi”nin məlumatına əsasən, Qiqiadzenin əsəbdən halı pisləşib və yerindəcə dünyasını dəyişib. İş üzrə istintaq başladılıb.