“İmedi” teleşirkəti naməlum səbəbdən yayımın kəsildiyini bildirir və nasazlığın səbəbini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanlarına müraciət edir
“İmedi” teleşirkəti bəyanat yayır.
Teleşirkətin bəyanatında qeyd edildiyi kimi, hazırki mərhələdə “İmedi”nin yayımı naməlum səbəbdən qəfildən təxminən 45 dəqiqə kəsilib.
“Teleşirkət kanal əleyhinə cinayətkar hərəkətin baş verməsini istisna etmir. Müvafiq olaraq, artıq hüquq-mühafizə orqanlarına müraciət etmişik. Nasazlığın səbəblərini müəyyənləşdiririk”, – “İmedi”nin bəyanatında deyilib.