“İmedi” teleşirkəti bəyanat yayır - Britaniya sanksiyalarının heç bir əhəmiyyəti yoxdur; “İmedi” üçün yeganə dəyərli qiymətləndirmə gürcü xalqının etimadıdır
“Imedi” teleşirkəti Böyük Britaniya hökumətinin tətbiq etdiyi sanksiyalarla bağlı bəyanat yayır.
“Məlum olduğu kimi, Böyük Britaniya hakimiyyəti “İmedi” teleşirkətinə qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib. 22 ildən çoxdur ki, “İmedi” teleşirkəti Gürcüstana və ölkəmizdə söz azadlığına xidmət edir. Gürcüstanda cinayətkar rejim hakimiyyətdə olduğu, bütün eybəcərlikləri ifşa edildiyi və televiziya şirkətinin işğalı və ələ keçirilməsi ilə üzləşdiyi vaxt belə, “İmedi” geri çəkilmədi.
Hər kəsə xatırlatmaq istəyirik ki, Britaniya hakimiyyəti o dövrdə “İmedi”nin ələ keçirilməsi ilə bağlı ümumi narahatlıq belə ifadə etmədi. Üstəlik, hətta 2007-ci ildən sonra belə, Britaniya hakimiyyəti Gürcüstanda demokratiyanı, insan haqlarını və söz azadlığını tapdalayan cinayətkar rejimə dəstəyini ifadə etməyə davam edirdi.
“Bu fonda Britaniya sanksiyalarının heç bir qiyməti yoxdur. “İmedi” teleşirkəti üçün yeganə dəyərli qiymətləndirmə gürcü xalqının etimadıdır. Məhz bu etimad sayəsində artıq uzun illərdir ki, biz Gürcüstanda ən yüksək reytinqə malik telekanal statusumuzu qəti şəkildə qoruyuruq. Müvafiq olaraq, gələcəkdə də Gürcüstan cəmiyyəti qarşısında yüksək məsuliyyətlə hərəkət etməyə davam edəcəyik və “İmedi” Gürcüstana və Gürcüstanda söz azadlığına daha da enerjili şəkildə xidmət etməyə davam edəcək ki, Gürcüstan cəmiyyətinin bizə göstərdiyi etimadı tam şəkildə doğrulda bilək,” – bəyanatda qeyd olunub.
Bu gün məlum oldu ki, Britaniya hökuməti “İmedi” və “POST TV” teleşirkətlərinə sanksiya tətbiq edib.