İlon Mask - Xüsusi dövlət əməkdaşı kimi fəaliyyət müddətim başa çatdı, prezident Trampa lazımsız xərclərin azaldılması imkanına görə təşəkkür etmək istəyirəm
İlon Mask - Xüsusi dövlət əməkdaşı kimi fəaliyyət müddətim başa çatdı, prezident Trampa lazımsız xərclərin azaldılması imkanına görə təşəkkür etmək istəyirəm

Amerikalı milyarder və ABŞ-ın Dövlət Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask bildirib ki, xüsusi dövlət əməkdaşı kimi onun müddəti başa çatıb.

“Xüsusi dövlət əməkdaşı kimi planlaşdırılmış fəaliyyət müddətim sona yaxınlaşdığı üçün, mən prezident Donald Trampa lazımsız xərclərin azaldılması imkanına görə təşəkkür etmək istəyirəm. ABŞ-ın Dövlət Səmərəliliyi Departamentinin missiyası zaman keçdikcə daha da güclənəcək, çünki o, bütün hökumətin həyat tərzinə çevriləcək”, – İlon Mask yazır.

Ağ Ev nümayəndəsinin “Reuters”ə verdiyi müsahibəyə görə, Maskın vəzifəsindən azad olunması barədə qərar bu gündən qüvvəyə minəcək.