İlon Mask – “Twitter” yüzlərlə aktivistin təzyiqindən sonra Donald Trampı blokladı, hərçənd onların özləri Trampın qaydaları pozmadığını bilirdilər
İlon Mask ABŞ-ın sabiq prezidenti Donald Trampın “Twitter” sosial şəbəkəsinin qaydalarını pozmadığını və təzyiqlərə görə bloklandığını açıqlayır. Mask bu barədə “Twitter”də yazıb.
“Twitter” yüzlərlə aktivistin təzyiqindən sonra Donald Trampı, sabiq prezidenti blokladı, hərçənd onların özləri Trampın qaydaları pozmadığını bilirdilər”-deyə Mask yazıb.
İlon Mask ötən ay ABŞ-ın sabiq prezidenti Donald Trampın “Twitter”dəki hesabını bərpa edib, bundan əvvəl sosial şəbəkə istifadəçiləri arasında bu barədə sorğu keçirib.
Donald Trampın “Twitter” hesabı 2021-ci ilin yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyə hücumundan sonra bloklanıb. Şirkətdə o zaman bu qadağanın zorakılığa təhrik riski ilə əlaqəli olduğunu açıqlamışdılar.