İlon Mask Marin Le Pen haqqında məhkəmə qərarını tənqid edir – radikal solçular qalib gələ bilmədikdə, rəqibini həbs etmək üçün hüquq sistemindən sui-istifadə edirlər
İlon Mask Fransa məhkəməsinin Marin Le Pen barəsində çıxardığı hökmə münasibət bildirib.
Amerikalı milyarder və Trampın müşaviri məhkəmənin qərarını tənqid edir.
“Radikal solçular demokratik seçkilərdə qalib gələ bilmədikdə, öz rəqibini həbs etmək üçün hüquq sistemindən sui-istifadə edirlər. Bu, bütün dünyada standart təcrübədir”, – İlon Mask yazır.
Məlumat üçün bildirək ki, Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penə dörd il müddətinə azadlıqdan məhrum edib və 5 il ictimai vəzifədə işləmək qadağan edilib, bu isə Le Penin 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcəyi anlamına gəlir. Marin Le Penin vəkili məhkəmənin qərarını şikayət edəcəyini bildirib.