İlon Mask bildirir ki, Trampın ticarət tarifləri iqtisadi tənəzzülə səbəb olacaq və Trampın impiçmenti ilə onun yerinə vitse-prezident Cey Di Vensin gətirilməsi fikri ilə razılaşır
İlon Mask bildirir ki, Trampın ticarət tarifləri iqtisadi tənəzzülə səbəb olacaq və Trampın impiçmenti ilə onun yerinə vitse-prezident Cey Di Vensin gətirilməsi fikri ilə razılaşır

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın ticarət rüsumlarının ilin ikinci yarısında iqtisadi tənəzzülə səbəb olacağını bildirir. Bu barədə Mask X sosial şəbəkəsində yazıb.

Mask, həmçinin sosial şəbəkə istifadəçisinin yazısını paylaşıb və Trampın impiçmentə məruz qalmasını və vitse-prezident Cey Di Venslə əvəzlənməsini tələb edən məzmunu ilə razılaşıb.