İlkin məlumata görə, Hollandiyanın Utrext şəhərində, tramvayda atəş nəticəsində bir nəfər həlak oldu, terror təhlükəsinin ali səviyyəsi bəyan edilib
Hollandiyanın Utrext şəhərində, tramvayda atəş nəticəsində ilkin məlumata görə, bir nəfər həlak olub. Bu barədə məlumatı yerli media polisə istinad edərək yayır.
Bundan başqa altı nəfərin müxtəlif xəsarətləri var. Polis baş verənlərdə terror motivini istisna etmir.
Utrextdə isident yerli vaxtla saat 10:45-də baş verdi. Silahlı şəxs 24 oktyabr meydanı dayanacağında tramvayda atəş açdı və hadisə yerindən qaçıb gizləndi. Hadisə yerinə polis və fövqəladə hallar xidməti, o cümlədən anti-terror bölməsi səfərbər olunub.
Hollandiyada terror təhlükəsinin ali səviyyəsi bəyan edilib.