Hollandiyada koronavirusun yeni hallarının sayı on mini aşdı
Hollandiyada koronavirusun yeni hallarının sayı on mini aşdı

Hollandiyada koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı. Son bir gün ərzində ölkədə virusun 10 264 jalı aşkar edildi.

Məlumatı “Qardian” nəşri ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər, Hollandiyada koronavirusa 336 575 insan yoluxub, 7 321 insan vəfat edib.