İlin sonuna qədər veteranlar üçün yeni hospital açılacaq
İlin sonuna qədər veteranlar üçün yeni hospital açılacaq

Sanikidze adına veteranlar klinik hospitalının təmir işləri oktyabrın sonuna qədər başa çatacaq.

Sonra isə, mərhələ şəklində, yeni binaya köçüləcək.

İlk pasienti yeni hospital ilin sonuna qədər qəbul edəcək.

Qeyd olunan hospital Tbilisidə, Yamanidze küçəsində yerləşir.

Gürcüstanda müharibə veteranları ümumi sığorta proqramından istifadə edirlər, hansı ki, veteranların tibbi xidmətinin 100%-lik ödənilməsini nəzərdə tutur.

Gürcüstanda bugün veteran statusuna 70 minə qədər vətəndaş sahibdir, onların arasında 31 814 nəfər Abxaziya müharibəsinin veteranıdır.