İlia Topuria – Sağalacağam, dincələcəyəm və daha güclü, daha müdrik və daha təhlükəli qayıdacağam #1TVSPORT
İlia Topuria Ağ Evdə Castin Qeyci ilə keçirdiyi çempionluq mübarizəsi ilə bağlı bəyanat yayıb.
“Castin, təbrik edirəm. Üzündə iz qoyacağam dedin və qoydun da.
İlk raundda sağ gözümdə görmə qabiliyyətimi itirdin, ikinci raundun sonunda isə sol gözümü də itirdim.
Bəraət qazandıracaq bəhanələr axtarmıram.
Həyatımın ən yaxşı hazırlıq mərhələlərindən birini keçmişdim. Oktaqona itilənmiş və tam hazır vəziyyətdə çıxdım. Bu, sənin gecən idi.
Bu oyunun təbiəti belədir. Şöhrət və ağrı bir yerdə addımlayır. Sağalacağam, dincələcəyəm və daha güclü, daha müdrik və daha təhlükəli qayıdacağam.
Və inan bizim tariximiz bununla bitmir, revanşımız mütləq baş tutacaq”, – Topuria yazır.