İlia Sulamanidze isveçrəli Aixi məğlub etdi və Olimpiadanın finalına yüksəldi #1TVSPORT
Gürcüstanın cüdo yığmasının üzvü İlia Sulamanidze yarımfinalda isveçrəli Daniel Aixi məğlub etdi və finala yüksəldi. Onun rəqibi azərbaycanlı Kotsoevlə özbək Turuboyev arasında qarşılaşmadan qalib ayrılan idmançı olacaq.
Xatırladaq ki, Paris Olimpiadasında beş gündən sonra Gürcüstanın cüdo yığmasının aktivində iki medal var. Laşa Bekauri (90 kq) Olimpiya çempionu oldu, Tato Qriqalaşvili (81 kq) isə gümüş medal qazandı.