İlia Sulamanidze Avropa çempionudur #1TVSPORT
İlia Sulamanidze Avropa çempionudur #1TVSPORT

İlia Sulamanidze cüdo üzrə Avropa çempionudur. Kişilər arasında 100 kq çəki dərəcəsində yarışan gürcü yarışın finalında azərbaycanlı Zelim Kotsoyevi nokautla məğlub edərək qızıl medala sahib olub.

Kotsoyev 2024-cü il Paris Olimpiadasının finalında İlianın çəğlub olduğu idmançıdır. 2023 və 2024-cü illərdə Sulamanidze Qitə çempionatının ikiqat bürünc mükafatçısı olub.

Bu medal Gürcüstan komandası üçün Monteneqroda davam edən Avropa çempionatında dördüncü medaldır. 60 kq çəki dərəcəsində 21 yaşlı Qiorqi Sardalaşvili qızıl, 57 kq-da Eter Liparteliani, 81 kq-da isə Tato Qriqalaşvili gümüş medal qazanıb.

Avropa çempionatının final blokunun canlı yayımını Gürcüstanın Birinci Kanalı  təqdim edir.