İlia Darçiaşvili Vaşinqtonda NATO-nun yubiley sammitində və tərəfdaş ölkələr formatında planlaşdırılan xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

16:06, 08.07.2024

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Amerika Birləşmiş Ştatlarına yollanıb. Məlumatı Xarici İşlər Nazirliyi yayır.

Qurumun verdiyi məlumata əsasən, xarici işlər naziri iyulun 9-11-də Vaşinqtonda keçirilməsi planlaşdırılan NATO-nun yubiley sammitində və iyulun 10-da tərəfdaş ölkələr formatında planlaşdırılan xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Həmçinin, İlia Darçiaşvili sammit çərçivəsində planlaşdırılan digər tədbirlərdə iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.

Oxşar