İlia Darçiaşvili Vaşinqtonda NATO-nun yubiley sammitində iştirak edəcək
İlia Darçiaşvili Vaşinqtonda NATO-nun yubiley sammitində iştirak edəcək

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili iyulun 9-11-də Vaşinqtonda keçirilməsi planlaşdırılan NATO-nun yubiley sammitində iştirak edəcək.

Bununla yanaşı, İlia Darçiaşvili iyulun 10-da tərəfdaş ölkələr formatında keçirilməsi planlaşdırılan xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Xarici İşlər Nazirliyindən verilən məlumatda, İlia Darçiaşvilinin sammit çərçivəsində planlaşdırılan digər tədbirlərdə iştirak edəcəyi və ikitərəfli görüşlər keçirəcəyi deyilir.

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Amerika Birləşmiş Ştatlarına dünən yola düşüb.