İlia Darçiaşvili Piter Siyarto ilə görüşdü
İlia Darçiaşvili Piter Siyarto ilə görüşdü

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Nyu Yorkda Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüş keçirdi. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayır.

Agentlikdən verilən məlumata əsasən, görüşdə iki ölkə arasında qurulan yaxın dostluq və strateji tərəfdaşlıq münasibətlərinə toxunuldu. Tərəflər ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə etdilər.

“Diqqət Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi, cari və planlaşdırılan tədbirlərə; Həmçinin, Gürcüstan tərəfdən Avropa İttifaqına inteqrasiya prosesinin davamına yönəldildi.

Ölkələr arasında ticari-iqtisadi əməkdaşlıqdan söhbət zamanı, bu il imzalanmış “Gürcüstan hökuməti və Macarıstan hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında” sazişin əhəmiyyəti vurğulandı. İki ölkə arasında yüksək səviyyəli səfərlərin qarşılıqlı mübadiləsinin müsbət dinamikası qeyd edildi.

İlia Darçiaşvili həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də ölkənin xarici siyasət məqsədlərinə verdiyi qəti dəstəyə görə təşəkkür etdi.

Görüşün sonunda hər iki tərəf Gürcüstan və Macarıstan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə kömək etməyə hazır olduqlarını təsdiqlədilər”, – Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.