İlia Darçiaşvili - Ölkəmiz istənilən investisiya üçün təhlükəsizdir
İlia Darçiaşvili - Ölkəmiz istənilən investisiya üçün təhlükəsizdir

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ABŞ Dövlət Departamentinin 2024-cü il üçün investisiya mühiti haqqında hesabatında Gürcüstanla bağlı edilmiş qeydə münasibət bildirib. O, Gürcüstanın investisiya mühitinə, investisiya iqliminə çox diqqət yetirilən ölkə olduğunu və hökumətin bunun üzərində çox fəal işlədiyini bildirib.

“Məhz təhlükəsiz mühit və təhlükəsiz ölkə xarici investisiyaların əsas komponenti, əsas cazibəsidir. Müvafiq olaraq, bu, ölkəmizin istənilən investisiya üçün təhlükəsiz olması haqda Gürcüstan hökumətinin və hökumət başçısının danışdıqlarının növbəti təsdiqidir. Bu sənəddə çox maraqlı mesajlar var idi” – İlia Darçiaşvili qeyd edib.

Bununla yanaşı, Xarici İşlər Nazirliyinin rəhbəri izah edib ki, Gürcüstan hökuməti ölkənin investisiya imkanlarının daha da gücləndirilməsi üçün fəal işləməyə davam edir.

“Bu, bizim iqtisadi rifahımızın mühüm amillərindən biridir. Bu isə öz növbəsində xalqımızın və əhalinin rifahı ilə birbaşa bağlıdır”- Darçiaşvili qeyd edib.