İlia Darçiaşvili - Mesajlarımız və sülh siyasətimiz xarici siyasətimizin əsas xəttlərindən biridir
BMT-nin tribunası Gürcüstanla bağlı mühüm məsələlər haqqında danışmağımız üçün çox mühüm olub, indi də belədir və belə olacaq – bu haqda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bildirib.
O deyib ki, Gürcüstanın hər zaman işğal xəttindən kənarda yaşayan insanlara ünvanlanmış çox güclü mesajları var.
“Biz hər zaman xarici siyasətimizin gətirdiyi faydaları, prioritetlərimizin həyata keçirilməsini işğal xəttindən kənarda yaşayan qardaşlarımızla və bacılarımızla bölüşmək istədiyimizdən danışırıq. Müvafiq olaraq, mesajlarımız ümumiyyətlə , sülh və barışıq üzərində qurulduğu birmənalı şəkildə bəyan edilən sülh siyasətimiz xarici siyasətimizin əsas xəttlərindən biridir. Müvafiq olaraq, Gürcüstanla bağlı mühüm məsələlər haqqında danışmağımız üçün bu hər zaman çox mühüm tribuna olub, ində də belədir və belə olacaq” – İlia Darçiaşvili bildirib.