İlia Darçiaşvili - Kiyevdə uşaq xəstəxanasına hücum dəhşətlidir, mülki əhaliyə qarşı təcavüz qəbuledilməzdir, Ukrayna xalqı ilə həmrəyliyimizi ifadə edirik
İlia Darçiaşvili - Kiyevdə uşaq xəstəxanasına hücum dəhşətlidir, mülki əhaliyə qarşı təcavüz qəbuledilməzdir, Ukrayna xalqı ilə həmrəyliyimizi ifadə edirik

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili iyulun 8-də Kiyevdə uşaq xəstəxanasının dağıdılması nəticəsində baş vermiş faciəyə X sosial şəbəkəsində münasibət bildirir.

“Kiyevdə uşaq xəstəxanasına hücum dəhşətlidir. Mülki əhaliyə, xüsusən də uşaqlara qarşı təcavüz və hücumlar qəbuledilməzdir. Ukrayna xalqı ilə həmrəyliyimizi ifadə edirik” – İlia Darçiaşvili X-in şəxsi səhifəsində yazır.

Rusiyanın Kiyevə hücumları nəticəsində qurbanların sayı 27-yə yüksəlib, 117 nəfər isə yaralanıb. Bununla yanaşı, Rusiya tərəfinin kütləvi hücumları nəticəsində Dnepropetrovsk vilayətində azı 11 nəfər həlak olub, 64 nəfər isə yaralanıb.