İlia Darçiaşvili Kanadanın səfiri ilə görüşüb
İlia Darçiaşvili Kanadanın səfiri ilə görüşüb

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə Kanadanın Gürcüstana təyin olunmuş səfiri (iqamətgahı Ankara şəh.) Kevin Hamilton arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə tərəflər iki ölkə arasında mövcud münasibətlərin geniş spektrini müzakirə ediblər. Qurumun məlumatında, çoxtərəfli formatlarda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirildiyi deyilir.

“Görüş çərçivəsində səfir Kevin Hamilton Kanadanın Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avro-Atlantik inteqrasiyasına qəti dəstəyini bir daha təsdiqləyib. Tərəflər ölkələr arasında mövcud məhsuldar əməkdaşlığı davam etdirməyə və daha da aktivləşdirməyə hazırlığı təsdiqləyiblər” – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.